İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüş başlayır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, danışıqlar ABŞ-ın İstanbuldakı Baş konsulunun iqamətgahında keçirilir.
Mətbuata qapalı keçirilən görüşdə iştirak edən nümayəndə heyətlərinin tərkibi açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəlki görüş fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub. Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edib. Rusiya rəsmiləri ABŞ-ın Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar aparıb.
Bizim.Media