Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün anım günüdür.
Mustafa Kamal Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. O Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəridir.
Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabiti kimi uzun müddət qulluq edib.
O, 1923-cü il oktyabrın 29-da Türkiyə Cumhuryyətini elan edib. Ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub.
Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də sirrozdan dünyasını dəyişib.
Hər il 10-16 noyabrı əhatə edən Atatürk Həftəsində Türkiyədə dahi şəxsiyyətin xatirəsi böyük çoşqu və sevgi ilə anılır.
10 noyabrda 09:05-də Türkiyə daxilində 2 dəqiqə sükutla Atatürk xatirəsinə hörmət duruşu sərgilənir. Ardından parlament binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəliklərində bayraqlar endirilir.
Atatürkün dəfn edildiyi Anıtqəbirə milyonlarla insan axın edir. Ankaradakı Anıtqəbirdə yerləşən məzar muzeyin demək olar ki, ortasındadır. Atatürkün vəsiyyətinə uyğun olaraq məzarın qarşısına türk bayraqları düzülüb.
Otağın mərkəzində qiblə istiqamətində qırmızı mərmərdən məzar daşı var. Onun ətrafında qablarda Türkiyənin 81 bölgəsindən, həmçinin Kipr və Azərbaycandan gətirilən torpaq var. Məzar otağının qapısı ancaq Baş Qərargahın icazəsi ilə açılır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:00 / 10.11.2020
Türkün böyük oğlu Atatürkün anım günüdür
Hazırda oxunan: Türkün böyük oğlu Atatürkün anım günüdür
Hazırda oxunan: Türkün böyük oğlu Atatürkün anım günüdür
2367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.