Rusiya təmas xətti boyunca hərbi əməliyyatları dayandırmayacaq.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Ukraynada təmas xətti boyunca hərbi əməliyyatlar dayandırılmayacaq: "Bizim Rusiya Federasiyasının konstitusiyasında qeyd olunan ərazilərimiz var".
Lavrov qeyd edib ki, Rusiya Ukraynada avropalı sülhməramlıların yerləşdirilməsi variantını nəzərdən keçirmir və bu barədə heç kim Moskvadan soruşmayıb: "Rusiya hesab edir ki, Ukraynaya yenidən silah verilməsini nəzərdə tutan razılaşmalarla getmək olmaz. Avropa açıq şəkildə Ukraynadakı münaqişənin nizamlanmasını pozmağa çalışır. Biz gözləyirik ki, Avropa Rusiyanın danışıqlara mane olması barədə yalan danışmağı dayandırsın. Qoşun yerləşdirilməsi kimi sadə mexaniki şeylər işləməyəcək".
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:16 / 26.02.2025
Lavrov: "Avropa Ukraynadakı münaqişənin nizamlanmasını pozmağa çalışır”
Hazırda oxunan: Lavrov: "Avropa Ukraynadakı münaqişənin nizamlanmasını pozmağa çalışır”
Hazırda oxunan: Lavrov: "Avropa Ukraynadakı münaqişənin nizamlanmasını pozmağa çalışır”
236666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.