Rusiya və ABŞ diplomatları İstanbulda bir araya gələcək

Rusiya və ABŞ diplomatları İstanbulda bir araya gələcək

Hazırda oxunan: Rusiya və ABŞ diplomatları İstanbulda bir araya gələcək

236656

Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçiriləcək.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Səfirlik işçilərinin bərpası Rusiya və Amerika nümayəndə heyətlərinin fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlarda əldə etdiyi razılaşmalardan biri olub. 

“Biz yüksək səviyyəli diplomatlarımızın, ekspertlərimizin Rusiya səfirliyinin fəaliyyətinə süni maneələr yaratmaq məqsədilə əvvəlki administrasiyanın qanunsuz fəaliyyəti nəticəsində toplanmış sistemli problemlərin görüşüb araşdırılacağını bəyan etmişdik. Biz də təbii ki, buna qarşılıq vermişik və Amerika səfirliyinin Moskvadakı fəaliyyəti üçün narahatedici şərait yaratmışıq.  

Belə bir görüş sabah İstanbulda baş tutacaq", - Sergey Lavrov Dohada mətbuat konfransında deyib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO