Fransızlar BU YEMƏKLƏ Ginnesin Rekordlar Kitabına düşdülər - FOTO

Fransızlar BU YEMƏKLƏ Ginnesin Rekordlar Kitabına düşdülər - FOTO

Hazırda oxunan: Fransızlar BU YEMƏKLƏ Ginnesin Rekordlar Kitabına düşdülər - FOTO

236574

Fransanın ən iri pendir şirkəti “Juraflore” dünyanın ən böyük “Fondue” yeməyini (pendir və şərabdan hazırlanan İsveç yeməyi - red.) hazırlayaraq Ginnesin Rekordlar Kitabına düşüb. 

Bizim.Media xəbər verir ki, hazır yeməyin çəkisi 2117 kq-ı ötüb.

Şirkətin aşpazlarının yeməyi iri mis qazanda hazırladıqları bildirilir.
 

Yeməyin hazırlanmasında 40 baş “Comte” pendiri, həm də 1,5 kq ağ bibər, 2 kq sarımsaq, 54 kq qarğıdalı nişastası, həmçinin bir neçə litr ağ şərabdan istifadə edilib.


Ginnesin Rekordlar Kitabının hakimi yeməyin yeni dünya rekordu qoyduğunu təsdiqləyib.

Qeyd edək ki, bu yemək soğan və müxtəlif tərəvəzlərlə servis edilir, xüsusi uzun çəngəllərlə yeyilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO