Rəsmi Bakı İrəvanın normallaşma prosesində əsas maneəni dəf edəcəyini GÖZLƏYİR

Rəsmi Bakı İrəvanın normallaşma prosesində əsas maneəni dəf edəcəyini GÖZLƏYİR

Hazırda oxunan: Rəsmi Bakı İrəvanın normallaşma prosesində əsas maneəni dəf edəcəyini GÖZLƏYİR

236366

“İndiki məqamda, Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik”.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyana cavabında bildirib.

Elnur Məmmədovun sözlərinə görə, münaqişədən sonrakı reabilitasiya münaqişənin bütün mənfi nəticələrinin aradan qaldırılmasını tələb edir ki, bu da eyni zamanda cinayət törətməkdə şübhəli bilinən şəxsləri ədalətə cəlb etməyi ehtiva edir:

“Bu Azərbaycanın təkcə hüququ deyil, həmçinin beynəlxalq hüquqa görə müharibə cinayətləri törətməkdə şübhəli bilinənləri məsuliyyətə cəlb etmək öhdəliyidir. Biz təqsirləndirilən şəxslərin bütün prosessual hüquqlarının lazımi beynəlxalq standartlara uyğun şəkildə təmin olunmasını təmin etmişik və bundan sonra da davam edəcəyik. Bu səylər ədalətə xidmət edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO