Sahibsiz evdə 3 milyon avro dəyərində heykəl TAPILDI - FOTO

Sahibsiz evdə 3 milyon avro dəyərində heykəl TAPILDI - FOTO

Hazırda oxunan: Sahibsiz evdə 3 milyon avro dəyərində heykəl TAPILDI - FOTO

236358

Fransız rəssamı Kamilla Klodelin bürüncdən hazırlanmış “Yetkinlik dövrü” heykəli Fransada keçirilən hərracda 3,1 milyon avroya satılıb.

Bizim.Media xəbər verir ki, uzun illər itmiş hesab edilən heykəl Parisdə tərk edilmiş mənzillərdən birində hərrac sahibi tərəfindən tapılıb.

Məlumata görə, auksion təşkilatçısı Matye Semon itirilmiş şah əsəri Eyfel qülləsi yaxınlığındakı sahibsiz mənzildə tapıb. Təxminən 15 il orada heç kim yaşamadığından heykəlin və hətta mənzilin kimə məxsus olduğu dəqiq bilinmir.

Əvvəlcə qiymətləndiricilər heykəlin təxminən 2 milyon avroya satılacağını güman ediblər, lakin hərrac zamanı eksponatın dəyəri 3,1 milyon avroya yüksəlib.

Qeyd edək ki, Klodel 1913-cü ildə qardaşı onu psixiatriya xəstəxanasına yerləşdirməzdən əvvəl əsərlərinin çoxunu məhv etmişdi. Çox güman ki, bu hal, sözügedən heykəlin əhəmiyyətini və dəyərini artırıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO