İtaliyanın müxtəlif siyasi partiyalarından olan senator və deputatları Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən ikisi jurnalist olmaqla üç azərbaycanlı mülki şəxsin tank əleyhinə minaya düşərək həlak olması və hadisə zamanı dörd mülki şəxsin də yaralanması ilə bağlı açıqlamalar verərək Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməməsini kəskin şəkildə qınayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı Səfirliyindən məlumat verilib.
Məlumata görə, onlar xəritələrin təcili olaraq Azərbaycana təhvil verilməsini tələb ediblər. Parlamentarların açıqlamaları onların sosial şəbəkə profillərində və İtaliyanın kütləvi informasiya vasitələrində dərc olunub.
İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato yerli xəbər agentliklərinə açıqlamasında bildirib ki, növbəti qurbanların olmaması üçün çalışmaq hamının marağı və öhdəliyidir:
“Azərbaycanın təcili şəkildə öz torpaqlarını minlardan təmizləməsi üçün beynəlxalq ictimaiyyət minalanmış ərazilərin xəritələrinin Azərbaycan qurumlarına təqdim edilməsinə nail olmalıdır. Bu gün aralarında iki jurnalist olmaqla üç mülki şəxsin həlak olması kimi baş verən faciə bir daha təkrarlanmamalıdır".
İtaliya Senatında "İrəli İtaliya" partiyası siyasi qrupunun sədr müavini və Avropa Şurası Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin üzvü Maria Rizzotti isə Agenzia Nova xəbər agentliyinə açıqlamasında belə deyib:
"Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi tələbimizi qətiyyətlə davam etdiririk. Belə ki, bununla ərazilərin minalardan təmizlənməsi prosesi baş tutsun və günahsız insanlar bir daha qurban verilməsin. Beynəlxalq hüquq dəfələrlə pozulmuşdur və artıq vaxtıdır ki, beynəlxalq ictimaiyyət aydın və sərt şəkildə Ermənistana tələb irəli sürsün”
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:21 / 05.06.2021
İtaliya parlamentarilərindən Ermənistana sərt TƏLƏB: “Mina xəritəsini təqdim etsin”
Hazırda oxunan: İtaliya parlamentarilərindən Ermənistana sərt TƏLƏB: “Mina xəritəsini təqdim etsin”
Hazırda oxunan: İtaliya parlamentarilərindən Ermənistana sərt TƏLƏB: “Mina xəritəsini təqdim etsin”
23632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.