Türkiyədə terrorçularla əlaqədə olan 92 nəfər TUTULDU

Türkiyədə terrorçularla əlaqədə olan 92 nəfər TUTULDU

Hazırda oxunan: Türkiyədə terrorçularla əlaqədə olan 92 nəfər TUTULDU

236284

Son bir həftə ərzində Türkiyənin 16 vilayətində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 92 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə yazıb.
 

Nazir qeyd edib ki, “GÜRZ-47” kod adlı əməliyyat xüsusilə Ankara, İstanbul, Eskişehir, Kayseri və Samsun kimi böyük vilayətləri əhatə edib.


Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri kəşfiyyat və prokurorluq orqanları ilə razılaşdırılıb.

Axtarışlar zamanı dövlət qeydiyyatına alınmamış silah-sursat və qanunsuz ədəbiyyat aşkar edilib.

Daxili İşlər Nazirliyinin rəhbəri əmin edib ki, terrorizmin təzahürlərinə qarşı mübarizə terror təhlükəsi tam aradan qaldırılana qədər davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO