“Ukrayna ilə bağlı danışıqların gələcəyi yalnız bu halda müəyyən edilə bilər” - ABŞ dövlət katibi

“Ukrayna ilə bağlı danışıqların gələcəyi yalnız bu halda müəyyən edilə bilər” - ABŞ dövlət katibi

Hazırda oxunan: “Ukrayna ilə bağlı danışıqların gələcəyi yalnız bu halda müəyyən edilə bilər” - ABŞ dövlət katibi

235387

"Ukraynadakı münaqişəyə son qoymaq üçün uzun müddət ərzində mürəkkəb və gərgin diplomatiya tələb olunacaq”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Ər Riyad görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukraynada münaqişəyə son qoyulması hər tərəfdən güzəşt tələb edəcək:

“Münaqişəyə son qoyulması yalnız bütün tərəflərin razılığı ilə mümkündür, şərtlər məqbul olmalıdır. Prezident Tramp Ukraynadakı münaqişəni ədalətli şəkildə bitirmək və onun 2-3 ildən sonra yenidən başlamasının qarşısını almaq istəyir.
 

Ukrayna ilə bağlı danışıqların gələcəyi tərəflərin vədlərinə əməl etmək istəyi ilə müəyyən olunacaq,  bu isə yaxın həftələrdə özünü göstərəcək. Həmçinin bu münaqişənin sona çatması Rusiya və ABŞ-ın iqtisadiyyat və geosiyasət sahəsində əməkdaşlığa yol açacaq”.


Rubionun sözlərinə görə, Aİ Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyinə görəö, nə vaxtsa danışıqlar masası arxasında olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO