Lavrov: “ABŞ-la danışıqlar uğurlu alındı, razılıq əldə edildi” - VİDEO

Lavrov: “ABŞ-la danışıqlar uğurlu alındı, razılıq əldə edildi” - VİDEO

Hazırda oxunan: Lavrov: “ABŞ-la danışıqlar uğurlu alındı, razılıq əldə edildi” - VİDEO

235380

“Rusiya və ABŞ iki ölkənin diplomatik missiyalarının fəaliyyəti ilə bağlı məsələləri birdəfəlik həll etmək barədə demək olar ki, razılığa gəlib. Vaşinqton və Moskvada səfirlərin təcili təyinatını təmin etmək barədə razılıq əldə edildi”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ər Riyaddakı görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ər-Riyad görüşü başa çatdı: ABŞ-Rusiya bu məsələlərdə RAZILAŞDI


Lavrov qeyd edib ki, bu gün Amerika Birləşmiş Ştatları ilə əlaqələr qurulub və danışıqlar uğurlu olub:

“Rusiya Birləşmiş Ştatların “irəli getmək” üçün tam qərarlı olduğunu hiss etdi. Moskva da eyni münasibətdədir. Rusiya və ABŞ olaraq razılaşdıq ki, maraqlarımız üst-üstə düşməyəndə münaqişəni qızışdırmaqdansa, problemləri həll etməliyik. Həmçinin yaxın gələcəkdə Ukrayna nizamlama prosesinin formalaşacağı və danışıqlarda iştirak edəcək tərəflərin təyin ediləcəyi barədə razılığa gəlindi”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO