ABŞ Prezidenti Donald Trampın Belarus Prezidenti Aleksandr Lukaşenkoya sanksiyaların yumşaldılması müqabilində kütləvi şəkildə siyasi məhbusların azad edilməsini təklif edəcəyi iddia edilir.
Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, 12 fevralda Minskə yüksəksəviyyəli ABŞ diplomatı gəlib, orada Lukaşenko və Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri ilə görüşüb. Bu, son 5 il ərzində ilk belə qarşılıqlı əlaqədir.
Bildirilir ki, ABŞ Dövlət Katibinin müavini Kristofer Smit və daha iki ABŞ məmuru bu səfəri həyata keçiriblər. Görüşlərdən sonra onlar Litva ilə sərhəd yaxınlığındakı kəndə yollanıb və həbsdən azad edilən bir amerikalı və iki belaruslu siyasi məhbusu götürərək Vilnüsə yola düşüblər.
Smit üç siyasi məhbusun azad edilməsini böyük qələbə və Tramp administrasiyasının "güc yolu ilə sülh" prinsipinə uyğun addım adlandırıb.
Vilnüsdə qərb diplomatları ilə görüş zamanı Smit açıqlayıb ki, Tramp administrasiyası "böyük bir razılaşma" üzərində işləyir. Bu razılaşmaya əsasən, Lukaşenko kütləvi şəkildə siyasi məhbusların, o cümlədən ən tanınmışların azad edilməsinə razılıq verəcək, ABŞ isə Belarusun bank sektoru və ixracına qoyulan sanksiyaları yumşaldacaq. Görüşdə iştirak edən iki mənbə bu detalları anonim şəkildə bölüşüb.
Smit öz görüşlərini və müzakirə detallarını açıq şəkildə şərh etməyib, Dövlət Departamentindən də heç bir şərh verilməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:00 / 16.02.2025
Trampın Lukaşenkoya nə təklif edəcəyi AÇIQLANDI
Hazırda oxunan: Trampın Lukaşenkoya nə təklif edəcəyi AÇIQLANDI
Hazırda oxunan: Trampın Lukaşenkoya nə təklif edəcəyi AÇIQLANDI
235072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.