Rus ordusunun gücü tükənir: Ukrayna daha bir kəndi azad etdi

Rus ordusunun gücü tükənir: Ukrayna daha bir kəndi azad etdi

Hazırda oxunan: Rus ordusunun gücü tükənir: Ukrayna daha bir kəndi azad etdi

235029

“Xortitsa” Əməliyyat-Strateji Qüvvələr Qrupunun sözçüsü Viktor Trequbov bildirir ki, Ukrayna Silahlı Qüvvələri Pokrovskdan cənub-qərbdə, Donetsk vilayətinin Pesçanoye kəndini azad edib.

Bizim.Media Rusiya Telegram kanallarına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri kəndin bir hissəsinə nəzarəti ələ keçirib, lakin sonra Ukrayna qoşunlarının Pokrovsk yaxınlığında irəliləməsi dayandırılıb.

Bununla belə, onlar güman edirlər ki, Ukrayna Silahlı Qüvvələri gələn həftə öz hücumlarını bərpa edəcək və bu istiqamətdə Ukrayna qoşunları, o cümlədən pilotsuz təyyarələri birləşəcək.
“İndi ruslar orada ciddi məğlubiyyətə uğradı. Bu, Ukraynanın müxtəlif “dron” bölmələrinin səmərəli əməkdaşlığı sayəsində baş verdi”, - Trequbov bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Peşanoyeyə hücumları barədə ötən həftə məlumat verilib. Göründüyü kimi, onların məqsədi Udaçnı və Kotlino bölgəsindəki Pokrovskın qərbində rus qoşunlarının arxasına keçməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO