Kəşfiyyat sənədi dərc olundu: Atatürkdən müsahibə almaq istəyən jurnalist kim idi? - VİDEO

Kəşfiyyat sənədi dərc olundu: Atatürkdən müsahibə almaq istəyən jurnalist kim idi? - VİDEO

Hazırda oxunan: Kəşfiyyat sənədi dərc olundu: Atatürkdən müsahibə almaq istəyən jurnalist kim idi? - VİDEO

234995

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Atatürkdən müsahibə istəyən ingilis jurnalist qadınla bağlı aparılan araşdırmanın nəticələrini əks etdirən tarixi hesabatı ictimaiyyətlə paylaşıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.

MİT-in rəsmi internet saytındakı "Xüsusi kolleksiya" qeydi altında "Sənədlər" bölməsində dərc edilən yeni hesabat 31 may 1935-ci il tarixli kəşfiyyat hesabatına əsaslanır. Qeyd olunur ki, Atatürk ingilis qadının casus ola biləcəyindən şübhələnib. Qadın İstanbulda "Pera Palas"da katibi ilə birlikdə qaldığı zaman Atatürkdən müsahibə istəyib.

Hesabatda İstanbul Büro Müdirliyinin həmin qadınla bağlı apardığı hərtərəfli araşdırma və müşahidələr yer alıb. Həmçinin vurğulanıb ki, qadının sənədləri yoxlanılmalıdır.

Bundan əlavə, qadının fotoşəkilləri hesabata əlavə edilib. Bildirilir ki, Atatürk qadının məqaləsini oxuyub. Məqalə ona maraqlı gəlib və məmnunluğunu ifadə edib.

MİT-in paylaşdığı bu sənədlər 90 ildən sonra ictimaiyyətə təqdim edilib.

Daha ətraflı videoda:





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO