Zaxarova: “AZAL faciəsi”nə görə Moskva ilə Bakı arasında nifaq salmaq cəhdləri uğursuz olacaq”

Zaxarova: “AZAL faciəsi”nə görə Moskva ilə Bakı arasında nifaq salmaq cəhdləri uğursuz olacaq”

Hazırda oxunan: Zaxarova: “AZAL faciəsi”nə görə Moskva ilə Bakı arasında nifaq salmaq cəhdləri uğursuz olacaq”

234795

"Biz çox gözəl başa düşürük ki, həm Azərbaycan vətəndaşlarının, həm də digər ölkə vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası ilə bağlı faciə həm orada, həm də burada çox kəskin şəkildə hiss edilir".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinq zamanı bildirib.

“Biz başa düşürük ki, bütün bunlar boşluqda baş vermir, bir çox insanlar bu işdə bir növ uğur əldə etmək istəyirlər, lakin bu, baş verməyəcək. Çünki belə ümumi tarixə və məsuliyyət sahəsinə, o cümlədən regional, bu cür inkişaf perspektivlərinə malik olan xalqlar, ölkələr arasında nifaq yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”, - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Kreml mediada yayılan Rusiya ilə Azərbaycan arasındakı münasibətləri korlamağa yönəlmiş bəzi informasiya kampaniyasından narahatdır.

Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO