Moldova Xarici İşlər Nazirliyi bir sıra dronların respublika ərazisinə düşməsi ilə bağlı məsuliyyəti Moskvanın üzərinə qoyaraq, Rusiya Federasiyası ilə mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında sazişin ləğv edildiyini açıqlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
“Bu təxribatlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişini birtərəfli qaydada denonsasiya etmək qərarına gəlib. Müqavilənin ləğvi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq”, - deyə məlumatda qeyd olunub.
Cümə axşamı Rusiyanın Kişinyovdakı diplomatik missiyasının rəhbəri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq nota təqdim edilib.
Bizim.Media
![Moldovada Rusiya Mədəniyyət Mərkəzi bağlandı Moldovada Rusiya Mədəniyyət Mərkəzi bağlandı](https://bizim.media/file/articles/2025/02/13/1739451419_5291879826342408585-1.jpg)
- A-
- A
- A+
Dünya
17:00 / 13.02.2025
Moldovada Rusiya Mədəniyyət Mərkəzi bağlandı
Hazırda oxunan: Moldovada Rusiya Mədəniyyət Mərkəzi bağlandı
Hazırda oxunan: Moldovada Rusiya Mədəniyyət Mərkəzi bağlandı
234614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.