Maskın 4 yaşlı oğlu Trampın ofisində dəcəllik etdi - FOTO/VİDEO

Maskın 4 yaşlı oğlu Trampın ofisində dəcəllik etdi - FOTO/VİDEO

Hazırda oxunan: Maskın 4 yaşlı oğlu Trampın ofisində dəcəllik etdi - FOTO/VİDEO

234429

Amerikalı milyarder İlon Maskın müğənni Qraymsdan olan 4 yaşlı oğlu sosial media ulduzuna çevrilib. “Baby X” ləqəbli uşaq atasının ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla rəsmi görüşünə qatılıb.

Bizim.Media "24tv.ua" saytına istinadən xəbər verir ki, oğlan siyasətçinin kabinetində etdiyi hərəkətlərlə internetdə hər kəsi güldürüb.

Nəşrin qeyd etdiyi kimi, bütün diqqət “Baby X”ə yönəlib. Oğlan çox oynaq əhval-ruhiyyədə olub, vaxtaşırı məzəli hərəkətlər edib.
 

Əvvəlcə "Baby X" İlon Maskın çiynində oturub, sonra bir az darıxıb. Ona görə də əylənməyə qərar verib. İş adamı çıxış edəndə o, atasının bütün hərəkətlərini yamsılayıb. Təbii ki, uşaq bunu oynaq şəkildə edib, ona görə də onun mimikaları kifayət qədər gülməli görünüb.


Yorulan uşaq dincəlmək üçün əvvəlcə yerə əyləşib, sonra isə Donald Trampın masasına söykənib.

Qeyd edek ki, Mask oğlunu tez-tez ictimai tədbirlərə aparır. Uşaq bundan əvvəl Donald Trampın andiçmə mərasimi öncəsi keçirilən mitinqində də iştirak etmişdi.

Xatırladaq ki, 36 yaşlı Qrayms (əsl adı Claire Baucher) daha əvvəl etiraf etmişdi ki, məhkəmələr üzündən 5 ay uşaqları ilə görüşmür.

Qrayms və Mask 2018-ci ildə görüşməyə başlayıblar, lakin üç il sonra ayrılıblar. Boşandıqdan sonra surroqat analar onlar üçün daha iki uşaq dünyaya gətiriblər. İndi Exa Dark Siderelin 3, Techno Mechanicusun 1 yaşı var. İlon Mask ümumilikdə 11 uşaq böyüdür.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO