Ukrayna prezidenti Volodimir Zelenski gözlənilən sülh danışıqları zamanı Ukrayna Silahlı Qüvvələrinin əlində olan Kursk vilayətinin bir hissəsini Ukrayna ərazilərinə dəyişdirmək niyyətində olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “The Guardian”a müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Trampın SÜLH FORMULU - Ukraynada müharibə bu ssenari ilə BAŞA ÇATACAQ
“Biz bir ərazini digərinə dəyişəcəyik. Ukraynanın bunun müqabilində hansı ərazini tələb edəcəyini hələ dəqiqləşdirməmişik.
Bilmirəm, görərik. Amma bizə bütün ərazilərimiz vacibdir, prioritet yoxdur”, - deyə Ukrayna lideri bildirib.
Bizim.Media