Yunanıstanın PAOK klubunun rusiyalı yarımmüdafiəçisi Maqomed Ozdoyev və onun komanda yoldaşları Afinanın AEK komandasının azarkeşləri ilə əlbəyaxa dava ediblər.
Bizim.Media xəbər verir ki, davanın görüntüləri sosial şəbəkədə yayılıb.
Dava Yunanıstan çempionatının oyunundan sonra baş verib.
Qeyd edək ki, fevralın 2-də keçirilən görüşdə AEK PAOK-u 2:1 hesabı ilə məğlub edib.
Matçdan sonra komandanın bir neçə futbolçusu, o cümlədən Ozdoyev AEK azarkeşləri ilə dava edib. Bundan sonra cinayət işi açılıb və rusiyalı futbolçunun diskvalifikasiyası qüvvəyə minib.
Bizim.Media
![Futbolçu ilə azarkeşlər arasında əlbəyaxa dava – VİDEO Futbolçu ilə azarkeşlər arasında əlbəyaxa dava – VİDEO](https://bizim.media/file/articles/2025/02/11/1739255397_5285114655850756276.jpg)
- A-
- A
- A+
Dünya
10:27 / 11.02.2025
Futbolçu ilə azarkeşlər arasında əlbəyaxa dava – VİDEO
Hazırda oxunan: Futbolçu ilə azarkeşlər arasında əlbəyaxa dava – VİDEO
Hazırda oxunan: Futbolçu ilə azarkeşlər arasında əlbəyaxa dava – VİDEO
234184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.