ABŞ Prezidenti Donald Tramp Qəzza zolağını almaqda qərarlı olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğandan Trampa CAVAB: “Fələstinliləri Qəzzadan çıxarmağa heç kimin gücü çatmaz”
“Yenidənqurma baxımından biz Qəzzanı Yaxın Şərqdəki digər dövlətlərə də verə bilərdik ki, onun hissələrini bərpa etsinlər. Amma biz onu nəzarətə götürmək və HƏMAS-ın geri qayıtmamasını təmin etməkdə qərarlıyıq”, - ABŞ lideri qeyd edib.
Tramp bildirib ki, onun Qəzzanı yenidən qurmaq planı fələstinlilərin oraya qayıtma ehtimalını istisna edir:
“Onlar üçün yeni bir yer təşkil edəcəyəm”.
Bizim.Media