Daha bir sərnişin təyyarəsində QORXULU ANLAR – Qəzadan son anda QURTULDU – FOTO

Daha bir sərnişin təyyarəsində QORXULU ANLAR – Qəzadan son anda QURTULDU – FOTO

Hazırda oxunan: Daha bir sərnişin təyyarəsində QORXULU ANLAR – Qəzadan son anda QURTULDU – FOTO

233801

Böyük Britaniyaya məxsus "Tui" aviaşirkətinin təyyarəsi qu quşları ilə toqquşduqdan sonra təcili eniş etmək məcburiyyətində qalıb.

Bizim.Media xəbər verir ki, məlumatı "Daily Mail" nəşri yayıb.
 

Qeyd olunur ki, hadisə təyyarə havaya qalxarkən, təxminən 300 metr yüksəklikdə, saatda 300 kilometr sürətlə hərəkət edərkən baş verib.


Quşlar təyyarənin ön şüşəsini və elektron sistemlərini zədələyərək pilotları həyəcan siqnalı verməyə məcbur edib.

Uğurlu enişdən sonra ekipaj müşayiətçilərdən kömək istəyib, belə ki, qu quşları ilə toqquşan təyyarənin korpusunda kiçik çatlar yaranıb, ön şüşədə isə qan izləri qalıb.

Məlumat üçün əlavə edək ki, təyyarə Qatvik hava limanından Kabo-Verdeyə uçub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO