Süni intellektlə bağlı QORXUNC XƏBƏRDARLIQ

Süni intellektlə bağlı QORXUNC XƏBƏRDARLIQ

Hazırda oxunan: Süni intellektlə bağlı QORXUNC XƏBƏRDARLIQ

233722

“Google”un silah hazırlamaq üçün süni intellekt (AI) texnologiyalarından istifadə etməmək prinsipindən əl çəkməsi təhlükəli dəyişiklikdir. Bu addım bütün dünyada münaqişələrin genişlənməsi təhlükəsi yaradır”.

Bizim.Media xəbər verir ki, bu fikirlər “Bloomberg” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Məqalədə bildirilib ki, “Google” rəhbərliyi sözügedən qərarı verməklə ən mühüm etik prinsiplərindən birindən imtina edib. 

“Google”un süni intellekt üzrə rəhbəri Demis Hassabisin sözlərinə görə isə bu, texnologiyanın sürətli təkamülü və onun yayılması ilə bağlıdır.

“Lakin etik prinsiplərin bazarla birlikdə inkişaf etməli olduğu fikri yanlışdır. Müharibə naminə etika kodeksindən imtina etmək nəzarətdən çıxacaq nəticələrə gətirib çıxara bilər” deyə məqalədə bildirib.
 

Müəllifin fikrincə, süni intellektin silah sistemlərinə inteqrasiyası diplomatiyaya məhəl qoymayan texnologiyanın yaranmasına səbəb olacaq. Bu baxımdan, bütün dünyada münaqişələrin genişlənməsi və daha ölümcül xarakter alması riski var.


Bununla bağlı əsas risklər isə süni intellekt sistemləri tərəfindən avtomatlaşdırılmış qərarların qəbulu ilə əlaqədardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO