Amerikalı iş adamları İlon Mask və Mark Zukerberq arasında İtaliyada keçirilməsi planlaşdırılan döyüş baş tutmayacaq.
Bizim.Media xəbər verir ki, bunu Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt müsahibəsində açıqlayıb.
O, tərəflərin döyüşün hansı çəki dərəcəsində keçiriləcəyi, nəyin qadağan olunacağı və nəyə icazə veriləcəyi ilə bağlı ortaq məxrəcə gələ bilmədiklərini söyləyib:
“Bu döyüşün hekayəsi çox real idi. Mən döyüşün təşkili ilə bağlı danışıqlarda yaxından iştirak edirdim.
Hər axşam həm İlon, həm də Markla bir saat telefonda danışırdım. Hətta İtaliya höküməti ilə də bu barədə müzakirələr aparırdıq. Təəssüf ki, bir neçə məsələdə ortaq məxrəcə gəlmək mümkün olmadı”.
Qeyd edək ki, İlon Mask və Mark Zukerberq 2023-cü ilin iyun ayında MMA qaydalarına uyğun döyüşün keçirilməsi barədə razılığa gəlmişdilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:44 / 05.02.2025
İlon Maskla Zukerberq arasında döyüş baş tutacaqmı?
Hazırda oxunan: İlon Maskla Zukerberq arasında döyüş baş tutacaqmı?
Hazırda oxunan: İlon Maskla Zukerberq arasında döyüş baş tutacaqmı?
233353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.