Evlənmək üstündə mübahisə edib anasını ov tüfəngi ilə öldürdü – FOTO

Evlənmək üstündə mübahisə edib anasını ov tüfəngi ilə öldürdü – FOTO

Hazırda oxunan: Evlənmək üstündə mübahisə edib anasını ov tüfəngi ilə öldürdü – FOTO

233194

Türkiyənin Sakarya vilayətində Kadir Taşkın adlı şəxs mübahisə zəminində anası Behiye Taşkını ov tüfəngi ilə vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, hadisə dünən axşam saatlarında Kaynarca rayonu, Sarıbəyli məhəlləsində baş verib.

Qətldən sonra evi tərk edən 30 yaşlı K.Taşkın daha sonra Təcili Zəng Mərkəzinə zəng edərək itkin düşdüyünü bildirib. Bundan sonra hüquq-mühafizə orqanları qısa müddətdə onu tapıblar. Saxlanılan K.Taşkın dindirilmə zamanı anasını öldürdüyünü etiraf edib.

Hadisə zamanı evdə olan oğlanın atası mübahisə başlayanda çölə çıxıb. Lakin geri qayıdanda arvadını yerdə qanlar içində görüb və dərhal aidiyyatı orqanlara xəbər verib. İlkin məlumata görə, qətlin işsizlik və evlilik mübahisəsindən sonra törədildiyi iddia edilib. Belə ki, Kadir anası ilə işsiz qalması və evlənmək üstündə mübahisə edib. Onun dindirilmə prosesi davam edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO