ABŞ Prezidenti Donald Tramp yardım müqabilində Ukraynadan nadir torpaq metalları istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp Ağ Evin Oval Ofisində jurnalistlərə açıqlamasında deyib.
Tramp bildirib ki, ABŞ nadir torpaq metallarının tədarükü müqabilində Ukraynaya yardımı davam etdirəcək. Tramp Kiyevə verilən yardımın Ukraynanın təklif edə biləcəyi nadir torpaq metalları və digər mallarla dəyişdirilməsini təklif edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, o, bununla Vaşinqtondan Kiyevə verilən təxmini 300 milyard dollarlıq dəstəyi Ukraynanın “kompensasiya” etməsini istəyir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:12 / 04.02.2025
Trampın Ukraynadan YENİ TƏLƏBİ: “Yardım yalnız bu halda davam etdiriləcək” – VİDEO
Hazırda oxunan: Trampın Ukraynadan YENİ TƏLƏBİ: “Yardım yalnız bu halda davam etdiriləcək” – VİDEO
Hazırda oxunan: Trampın Ukraynadan YENİ TƏLƏBİ: “Yardım yalnız bu halda davam etdiriləcək” – VİDEO
233181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.