“Ukrayna ilə münaqişənin nizamlanması ilə bağlı danışıqlar 2022-ci il İstanbul sənədi əsasında aparıla bilər”.
Bizim.Media xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.
O bildirib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi və onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll etmək lazımdır.
"Rusiya tərəfi real təkliflərə açıq və ciddi söhbətə hazırdır. Dəfələrlə qeyd edildiyi kimi, sülh nizamlanması Ukraynanın neytral, blokdan kənar nüvəsiz statusu, demilitarizasiyası və denasifikasiyası, ərazisində xarici qoşunların və bazaların yerləşdirilməməsi, müasir ərazi reallıqlarının nəzərə alınması və Ukrayna böhranının bütün səbəblərinin aradan qaldırılması barədə 2022-ci il İstanbul sənədi əsasında mümkündür", - diplomat vurğulayıb.
Qeyd edək ki, Kreml Ukrayna Prezidenti Volodimir Zelenskini səlahiyyət müddətinin başa çatdığını əsas gətirərək qeyri-legitim dövlət başçısı hesab edir. ABŞ rəsmiləri isə bu ilin sonuna qədər Ukraynada prezident seçkilərinin keçirilməsini istədiklərini açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:41 / 04.02.2025
Rusiya şərtlərini AÇIQLADI – Yalnız bu halda danışıqlar başlayacaq
Hazırda oxunan: Rusiya şərtlərini AÇIQLADI – Yalnız bu halda danışıqlar başlayacaq
Hazırda oxunan: Rusiya şərtlərini AÇIQLADI – Yalnız bu halda danışıqlar başlayacaq
233128
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.