Egey dənizində 200-dən çox zəlzələ olub - Son 48 saat ərzində

Egey dənizində 200-dən çox zəlzələ olub - Son 48 saat ərzində

Hazırda oxunan: Egey dənizində 200-dən çox zəlzələ olub - Son 48 saat ərzində

232972

Egey dənizində fevralın 1-dən 3-dək ən kiçiyi 1.3 bal, ən böyüyü 4.8 bal olmaqla, 48 saat ərzində 200-dən çox təkan qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
 

Məlumata görə, yanvarın 2-də saat 20:41-də episentri Egey dənizi olan 4.5 bal gücündə zəlzələ baş verib və yeraltı təkanların ocağı 10.45 kilometr dərinlikdə olub.


Daha sonra saat 20:45-də 4.4 bal gücündə ardıcıl iki yeraltı təkan qeydə alınıb.

Yanvarın 3-də saat 07:20-də Egey dənizində 3.9 bal gücündə daha bir zəlzələ baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO