TƏCİLİ! "Coca-Cola"da təhlükə AŞKARLANDI - Məhsullar geri çağırılır

TƏCİLİ! "Coca-Cola"da təhlükə AŞKARLANDI - Məhsullar geri çağırılır

Hazırda oxunan: TƏCİLİ! "Coca-Cola"da təhlükə AŞKARLANDI - Məhsullar geri çağırılır

232085

Qida nəhəngi “The Coca-Cola Company”nin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium” xloratların yüksək tərkibinə görə məhsullarını Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırdığını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

"Hələlik dəqiq rəqəmlər yoxdur, lakin söhbət çoxlu sayda məhsuldan gedir", - şirkət agentliyə vəziyyəti şərh edib.

Məlumata görə, tədbirlər ötən ilin noyabr ayının sonundan dövriyyədə olan “Coca-Cola”, “Sprite”, “Fanta”, “Fuse Tea”, “Minute Maid”, “Nalu”, “Royal Bliss” və “Tropico” brendlərinə təsir edib.

Şirkət əlavə edib ki, problem Gentdə istehsal üçün normativ tələblərə uyğunluğu təmin etmək üçün içkilərin keyfiyyətinin yoxlanılması zamanı aşkar edilib. Bildirilib ki, hazırda standartlara cavab verməyən məhsulların əksəriyyəti dövriyyədən çıxarılıb və ya bazarlara buraxılmayıb.

Qalan partiyanın geri çağırılması üzərində şirkət göstərilən ölkələrin hakimiyyət orqanları ilə işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO