Tramp Ukrayna müharibəsini yaza qədər bitirəcək?

Tramp Ukrayna müharibəsini yaza qədər bitirəcək?

Hazırda oxunan: Tramp Ukrayna müharibəsini yaza qədər bitirəcək?

231823

ABŞ prezidenti Donald Trampın Ukraynaya dəstəkdən əl çəkməsi və ölkə üçün ağrılı kompromislərə gedə biləcəyi ilə bağlı narahatlıqlar yersizdir. Əksinə, Ağ Ev rəhbəri bu ilin yazına qədər Ukraynada müharibəni bitirmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” nəşrinə insayderlər məlumat verib.

“Ukraynadan narahat olanlar ABŞ prezidentinin andiçmə mərasimində Ukrayna Ali Radasında “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyanın iştirakına diqqət yetirməlidirlər. Bu, Donald Trampın bu prosesin sonunda Ukraynanın yaxşı anlaşma əldə etməsini təmin etmək niyyətini göstərən çox mühüm addımdır. Bu, əsəbləri sakitləşdirməlidir" deyə anonim mənbə jurnalistlərə bildirib.

Nəşrdə bildirilir ki, Tramp Ukraynadakı müharibənin həlli məsələsinə ciddi yanaşır. Mənbə qeyd edib ki, bundan əvvəl ABŞ prezidenti bir sıra çətin vəzifələri həll etməli olacaq, lakin Ağ Ev rəhbəri mütləq Ukrayna prezidenti Vladimir Zelenski ilə işləyəcək və yaxın vaxtlarda rəsmi görüş baş tutacaq.

"Zelenski özü inauqurasiyaya getməyi mümkün saymadı, lakin o, böyük hörmətlə yanaşdığı Ukraynanın ikinci şəxsini göndərdi", - insayder izah edib.

Nəşr xatırladıb ki, “Xalqın xidmətçisi” fraksiyasının lideri Devid Arakhamiya Trampın andiçmə mərasimində önəmli yerdə olub. Daha sonra o, Ukrayna mətbuatına bildirib ki, rəsmi Ukrayna nümayəndə heyəti fevralda ABŞ prezidenti ilə görüşə bilər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO