ABŞ Prezidenti Donald Tramp jurnalistlərin onun tərəfdarı, məşhur sahibkar İlon Maskın Ağ Evdə şəxsi kabinet tutmasına icazə verilmədiyi barədə sualına cavab verməkdən yayınıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS xəbər verib.
Trampa bununla bağlı sual veriləndə, o, məlumatları nə təsdiqləyib, nə də təkzib edib.
"Bu İlonun kabineti deyil. Bu otaqda təxminən 20 nəfər işləyəcək", - deyə dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, söhbət prezident fərmanlarının icrasında çalışan dövlət qulluqçuları üçün ofis məkanından gedir.
Qeyd edək ki, Ağ Evin Qərb qanadında ABŞ prezidentinin Oval kabineti də yerləşir.
"The New York Times" qəzeti yanvarın ortalarında məlumat vermişdi ki, Mask Ağ Evin ofis otaqlarından yeni ABŞ administrasiyası zamanı yaradılmış hökumətin səmərəliliyinin artırılması və bürokratiya ilə mübarizə idarəsinin yerləşdirilməsi üçün istifadə etməyi planlaşdırır. Milyarder Tramp tərəfindən DOGE (Department of Government Efficiency - Hökumətin Səmərəliliyinin Artırılması Nazirliyi) adlı bu qurumun rəhbəri təyin edilmişdi.
Mediada yayılan məlumata görə, adına baxmayaraq, DOGE federal hökumət çərçivəsində tamhüquqlu nazirlik olmayacaq. Belə bir qurumun yaradılması üçün ABŞ Konqresinin təsdiqi tələb olunur. Tramp bəyan edib ki, DOGE kənardan tövsiyə və məsləhətlər verəcək.
Bizim.Media