ABŞ-ın birinci xanımı Melaniya Tramp film çəkməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Nəşrin məlumatına görə, Melaniya bütün çəkiliş qrupu ilə birlikdə həyatı haqqında sənədli film çəkməyi planlaşdırır.
Bildirilir ki, bu film Trampın sponsorlarından biri, “Washington Post” qəzetinin sahibi Ceff Bezosa məxsus Amerikanın Amazon Prime striminq xidmətində yayımlanacaq.
Şirkət filmin hüquqları üçün 40 milyon dollar ayırıb.
Üstəlik, prodüser kimi fəaliyyət göstərdiyi üçün bu məbləğin böyük hissəsinin Melaniyanın özünə keçəcəyi iddia edilir.
Qeyd edək ki, bu günə kimi ABŞ-ın birinci xanımlarından heç biri Ağ Evdəki yaşamı ilə bağlı film çəkməyib.
Bizim.Media