HƏMAS-dan özünü ölülüyə vuraraq qurtulan ifaçı “Avroviziya”da - VİDEO

HƏMAS-dan özünü ölülüyə vuraraq qurtulan ifaçı “Avroviziya”da - VİDEO

Hazırda oxunan: HƏMAS-dan özünü ölülüyə vuraraq qurtulan ifaçı “Avroviziya”da - VİDEO

231332

2023-cü il oktyabrın 7-də HƏMAS-ın musiqi festivalına hücumu zamanı sağ qalmağı bacarmış Yuval Rafael İsraili "Avroviziya"da təmsil edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Eurovision.tv" məlumat verib. Final seçimində 24 yaşlı Yuval Rafael "Spectre" filmindən Sem Smitin "Writing's on the Wall" mahnısını ifa edib.

Müğənninin sözlərinə görə, o, 7 oktyabr faciəsi ilə bağlı şəxsi hekayəsini musiqi vasitəsilə insanlara danışmaq istəyir. Qeyd edək ki, Yuval Rafael İsrailin cənubunda keçirilən Nova musiqi festivalının iştirakçısı olub. HƏMAS-ın hücumu zamanı, o, bir neçə saat bomba sığınacağında qalıb və xilas olmaq üçün özünü ölülüyə vurub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO