Britaniyadan Putinə XƏBƏRDARLIQ: “Sizi görürük və…”

Britaniyadan Putinə XƏBƏRDARLIQ: “Sizi görürük və…”

Hazırda oxunan: Britaniyadan Putinə XƏBƏRDARLIQ: “Sizi görürük və…”

231266

Britaniyanın Müdafiə Nazirliyi Rusiyaya məxsus “casus gəmisi”nin Britaniya sularına daxil olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
 

Onun sözlərinə görə, yanvarın 20-də Rusiyanın okeanoqrafik gəmisi “Yantar” La-Manş boğazında Britaniya sahillərindən 45 mil aralıda görünüb. Onu Britaniya Hərbi Dəniz Qüvvələrinin iki gəmisi müşayiət edirdi.


BBC News nəşri Yantarı “casus gəmisi” adlandırıb.

Hili bildirib ki, bu hadisə “Rusiyanın artan təcavüzünün” başqa bir nümunəsidir. O əlavə edib ki, son aylar ərzində artıq ikinci dəfədir ki, “Yantar” Böyük Britaniyanın ərazi sularına daxil olur: 

“Mən istərdim ki, prezident Putin bu mesajı eşitsin: biz sizi görürük, nə etdiyinizi bilirik və ölkəmizi müdafiə etmək üçün qətiyyətli addımlardan çəkinməyəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO