Suriyanın Tartus Liman İdarəsi Rusiyanın “Stroytransgaz” şirkətindən Tartus Limanının istismar hüququnu geri alıb.
Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli jurnalist, tədqiqatçı Mete Sohtaoğlu X səhifəsində yazıb.
Onun sözlərinə görə, bununla da limanın bütün gəlirləri Suriyaya qaytarılıb.
Xatırladaq ki, 2019-cu ildə Suriya Tartus limanının istismarını 49 il müddətinə “Stroytransgaz”a vermişdi.
Bizim.Media