Güney Azərbaycanda türk adına görə doğum haqqında şəhadətnaməsiz qalan Dolunayın ailəsi buna etiraz edib.
Bizim.Media xəbər verir ki, azyaşlının atası Səid Sadeqifər bu barədə “Balamın adı” kampaniyasına müsahibə verib.
“Qızım Dolunay 2023-cü il noyabrın 28-də dünyaya gəlib. Həyat yoldaşımla qızımız dünyaya gəlməzdən öncə bu adı seçmişik. Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi isə övladımıza qoyduğumuz ada qarşı çıxıb. Dolunay türk adıdır və mənası tam ay deməkdir”, deyə o, qeyd edib.
Səid Sadeqifər bildirib ki, Vətəndaşlıq Qeydiyyatı İdarəsi uzun müddətdən sonra körpəyə şəhadətnamə verib, ancaq idarə rəsmiləri daha öncədən onlara ərəb və fars adı seçmələri üçün təzyiq göstərib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:51 / 14.01.2025
İranda daha bir azyaşlı türk adına görə şəhadətnaməsiz qalıb - FOTO
Hazırda oxunan: İranda daha bir azyaşlı türk adına görə şəhadətnaməsiz qalıb - FOTO
Hazırda oxunan: İranda daha bir azyaşlı türk adına görə şəhadətnaməsiz qalıb - FOTO
229978
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.