Slovakiyanın baş naziri Zelenskini “dilənçi” adlandırdı

Slovakiyanın baş naziri Zelenskini “dilənçi” adlandırdı

Hazırda oxunan: Slovakiyanın baş naziri Zelenskini “dilənçi” adlandırdı

229725

Slovakiyanın baş naziri Robert Fiko prezident Volodimir Zelenskini “dilənçi və şantajçı” adlandırıb və onu Aİ-nin Ukraynaya yardımına veto qoyacağı ilə hədələyib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Mənbə qeyd edir ki, Fiko və Zelenski arasında münaqişə sonuncunun Ukrayna ərazisindən qaz tranzitini davam etdirməkdən imtina etməsindən sonra kəskinləşib. 

Slovakiya lideri bu yaxınlarda Zelenskidən “cana doyduğunu” bəyan edib:

“O, Avropanı gəzir, dilənir və şantaj edir, başqalarından pul istəyir”.

Fiko qeyd edib ki, Bratislava Kiyevə qarşı cavab tədbirləri görəcək:

“Əgər Zelenski sırf siyasi səbəblərə görə, bütün Avropa İttifaqına və Slovakiyaya zərər vurmaq qərarına gəlibsə, hər şeyi edə biləcəyini düşünürsə, o zaman Aİ-dən Ukraynaya kömək olarsa, Slovakiya hökumətinin adından yaxın gələcəkdə masaya veto qoyacağam".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO