İtaliya İran vətəndaşını azad etdi

İtaliya İran vətəndaşını azad etdi

Hazırda oxunan: İtaliya İran vətəndaşını azad etdi

229702

İran İtaliyada həbsdə olan vətəndaşının ölkəyə qaytarıldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Sözçü İtaliyada həbsdə olan İran vətəndaşı Məhəmməd Abedini Nəcəfabadinin azad edilərək ölkəyə qayıtdığını açıqlayıb.

Qeyd edək ki, 38 yaşlı Məhəmməd Abedini Nəcəfabadini ABŞ-nin tələbi ilə keçən ay Milanda həbs edilib.

Məhəmməd Abedini Nəcəfabadi dron texnologiyasını İrana ötürməkdə ittiham olunurdu. Vaşinqton bildirib ki, texnologiya fevral ayında İordaniya-Suriya sərhədi yaxınlığında üç ABŞ əsgərinin ölümünə səbəb olan hücumda istifadə edilib. İran sözügedən ittihamı rədd edib.

Xatırladaq ki, İran yanvarın 8-də italiyalı jurnalist Sesiliya Salanı azad edərək İtaliyaya qaytarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO