Dövlət Dumasından SENSASİON AÇIQLAMA: “Bütün Baltikyanı region Rusiyanın tərkibinə daxil olmalıdır”

Dövlət Dumasından SENSASİON AÇIQLAMA: “Bütün Baltikyanı region Rusiyanın tərkibinə daxil olmalıdır”

Hazırda oxunan: Dövlət Dumasından SENSASİON AÇIQLAMA: “Bütün Baltikyanı region Rusiyanın tərkibinə daxil olmalıdır”

229537

“Bütün Baltikyanı region Rusiyanın tərkibinə daxil olmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyalı deputat Aleksey Juravlev Litva prezidentinin Kalininqradla bağlı sözlərinə cavabında deyib.

O, hesab edir ki, İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılsa, o zaman bütün Baltikyanı region inqilabdan əvvəl olduğu kimi Rusiyaya məxsus olmalıdır:

“O cümlədən 1795-ci ildən Rusiya İmperiyasının Vilna quberniyasının paytaxtı olan Vilna – indiki Vilnüs”.

Juravlev əlavə edib ki, Litva ordusu dünyanın ən zəif ordularından biridir, ona görə də Rusiya Federasiyası ilə hərbi qarşıdurma olarsa, Vilnüs bir gün belə dözə bilməyəcək: “Həmçinin, bütün NATO ölkələri bunun müdafiəsinə qalxarsa, ölkəni kədərli aqibət gözləyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO