Rusiya neftini daşıyan tanker Almaniya sahillərində QALDI

Rusiya neftini daşıyan tanker Almaniya sahillərində QALDI

Hazırda oxunan: Rusiya neftini daşıyan tanker Almaniya sahillərində QALDI

229430

Rusiya neftini daşıyan tanker Almaniya sahillərində ilişib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Nəzarətdən çıxan tanker Baltik dənizindəki Rügen adasının şimalına doğru sürüklənir.

Hadisə yerində işləyən Almaniya Dəniz Xilasetmə Xidmətinin məlumatına görə, tankerin göyərtəsində təxminən 99 min ton neft var.

Söhbət Panama bayrağı altında uçan “Eventin” tankerindən gedir. 248 metr uzunluğundakı gəmi Rusiyanın Ust-Luqa limanında neft yükləyib və yanvarın 6-da dənizə çıxıb. Son hədəf Misirin Səid limanı olub.

Qeyd edilib ki, “Eventin” tankeri 18ildir sulardadır və o, Rusiyanın “kölgə donanması” adlandırılan donanmasının bir hissəsidir. Onun köməyi ilə Rusiya Ukraynadakı müharibəyə görə tətbiq edilən Qərb sanksiyalarından yan keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO