Bizə uzaq, buza yaxın ölkələrin mübahisəsi və siyasi “karma”

Bizə uzaq, buza yaxın ölkələrin mübahisəsi və siyasi “karma”

Hazırda oxunan: Bizə uzaq, buza yaxın ölkələrin mübahisəsi və siyasi “karma”

229091

“Donald Tramp yenə dünya gündəmini dəyişdi: bu dəfə Qrenlandiya ilə. İddialar böyükdür, bəziləri deyər ki, hətta fantastikdir. Amma gəlin açıq danışaq: Trampın yanaşması heç də mənasız deyil, xüsusilə də ABŞ-ın milli maraqlarını qorumaq baxımından”.

Bizim.Media xəbər verir ki, bunu tanınmış televiziya aparıcısı və prodüser Emin Əfəndi teleqram hesabında yazıb.

Həmin məqaləni təqdim edirik:

“Qrenlandiya məsələsini araşdıraq. Qrenlandiya təkcə böyük bir ada deyil, həm də Arktika regionunun bir hissəsidir. Arktika buzlaqları altında dünyanın ən zəngin neft, qaz və mineral ehtiyatları yatır. Bu gün artıq qlobal istiləşmə bu buzlaqları əridir və resurslara çıxışı asanlaşdırır. Əsas sual isə budur: kim bu sərvətləri ələ keçirəcək?

Çin və Rusiya bu suala cavabı çoxdan verib. Rusiya Arktikada hərbi bazalarını gücləndirir, buzqıran donanması dünyanın ən iriləri sırasındadır. Ölkə artıq bu bölgədə qazma işlərinə milyardlarla dollar sərmayə yatırıb. Çin isə özünü “Arktika yaxınındakı dövlət” elan edib və Şimal Dəniz Yolunda təsirini artırmağa çalışır. Hələ “Bir kəmər, bir yol” təşəbbüsü ilə dünyanı öz ticarət yollarına bağlamağı planlaşdırır.

Bəs ABŞ bu rəqabətdə haradadır? Trampın cavabı konkret idi: Qrenlandiya. Ada ABŞ üçün həm strateji mövqe, həm də resurs mərkəzidir. ABŞ-ın NATO üzvü kimi Qrenlandiyada radar bazası var, lakin Tramp bunu kifayət hesab etmir. Dünyanın ən böyük iqtisadiyyatının rəhbəri və sərmayəçi biznesmen özünü “gecikmiş oyunçu” kimi görməyə razı ola bilərmi? Əlbəttə yox.

Qrenlandiya Tramp üçün “böyük Amerikan arzusu”nun növbəti hədəfidir.

Amma gəlin Danimarkanın özünə də baxaq.
 

Danimarka Qrenlandiya ilə bağlı “azadlıq” və “demokratiya” prinsiplərindən danışarkən, Ermənistan-Azərbaycan münaqişəsində bu dəyərləri asanlıqla unudur. Danimarka parlament üzvlərinin Qarabağa qanunsuz səfərləri və Ermənistanın işğal siyasətinə göz yumması bu ölkənin mövqeyinin nə qədər ikiüzlü olduğunu göstərir. Qrenlandiyanın “azadlığı” üçün narahat olan Danimarka, Azərbaycanın ərazi bütövlüyünü tapdalayan işğalı necə görməyə bilərdi?
Bizim üçün bu cür ikili standartlar heç də yeni deyil. Qarabağ münaqişəsində Avropa ölkələrinin, xüsusilə də Danimarkanın Ermənistanı dəstəkləməsi artıq normaya çevrilmişdi. Maraqlıdır ki, indi həmin ölkələr özlərinin maraq dairələrində “karma” ilə üzləşirlər.

Siyasi “karma” hələ heç vaxt bu qədər tez işləməmişdi. Yəqin ki, Ermənistanın əsas müttəfiqi olan Fransa da yaxın gələcəkdə oxşar problemlərlə üzləşəcək. Bildiyimiz kimi hətta artıq üzləşməyə başlayıb.

Nəticə olaraq:

Arktika uğrunda rəqabət getdikcə qızışır. ABŞ, Çin və Rusiya bu buzlu regionu strateji və iqtisadi maraqlarının mərkəzinə çevirir. Amma biz Azərbaycan təcrübəsindən yaxşı bilirik ki, beynəlxalq münasibətlərdə güclü və prinsipial mövqe tutmaq hər şeydən vacibdir. İkili standartlar və bəzi ölkələrin rəftarındakı ədalətsizliklər isə gec-tez özlərinə qarşı çevrilir. Və bu artıq, böyük siyasətin dəyişməz qaydasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO