Brayza təxribat planını İFŞA ETDİ – “Atəşkəsin pozulmasının arxasında ABŞ-dakı Milli Komitə dayanır”

Brayza təxribat planını İFŞA ETDİ – “Atəşkəsin pozulmasının arxasında ABŞ-dakı Milli Komitə dayanır”

Hazırda oxunan: Brayza təxribat planını İFŞA ETDİ – “Atəşkəsin pozulmasının arxasında ABŞ-dakı Milli Komitə dayanır”

228892

Xəbər verdiyimiz kimi, yanvarın 5-i və 6-da Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqeləri atəşə tutulub. Ermənistanın atəşkəsi pozması isə sülh istiqamətində atılan addımlara ciddi zərbə vurur.

2024-cü ildə iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı gözləntilər olsa da, bu, baş vermədi. 2025-ci ilin ilk günlərində isə Ermənistan atəşkəsi pozmaqla sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirdi.

Bəs Ermənistanın uzunmüddətli “sükut” dövründən sonra atəşkəsi pozması nəyə hesablanıb?
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Ermənilər Laçındakı mövqelərimizi yenidən ATƏŞƏ TUTDU


Mövzunu Bizim.Media-ya şərh edən Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, atəşkəsin pozulmasında maraqlı olan tərəflər Ermənistan müxalifəti və erməni lobbisidir.

“Ümumi tendensiya Azərbaycanın və Ermənistanın sülh müqaviləsinə doğru yaxınlaşmasıdır və məncə, atəşkəs pozuntularını nəzərə alaraq ölkələrin sülhdən uzaqlaşdığı qənaətinə gəlmək səhv olardı”, - deyə Brayza bildirib.

“Erməni lobbisi davam edən münaqişədən pul qazanır”

“Həm Prezident İlham Əliyev, həm də Baş nazir Nikol Paşinyan sülh müqaviləsinə nail olmaq istəyirlər. Baş nazir Paşinyanın münaqişənin həllinə qarşı həm Ermənistandakı siyasi opponentlərindən, həm də ABŞ-dakı Milli Komitənin Ermənistan filialı olan lobbi qrupundan müqavimət gördüyünü bilirəm. Bu lobbi qrupu, Azərbaycanla davam edən münaqişədən həm siyasi, həm də maliyyə baxımından faydalanır”, - deyə M.Brayza əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO