Koreya Xalq Demokratik Respublikasının (KXDR) Yapon dənizinə ballistik raket buraxması ilə bağlı yayılan xəbərlərdən sonra rəsmi Pxenyan səs sürətini üstələyən başlıqlı yeni orta-mənzilli ballistik raketi sınaqdan keçirdiyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC telekanalı yayıb.
Mənbə qeyd edir ki, Şimali Koreya sınaq buraxılışını həyata keçirdiyi orta-mənzilli ballistik raket səs sürətini 12 dəfə üstələyir və 1500 km məsafə qət edir.
Səs sürətini üstələyən və ya hipersonik silahları izləmək və vurmaq çox çətindir, belə ki, onlar səs sürətindən azı 5 dəfə daha sürətlə hərəkət edir.
Bizim.Media