Ötən il səfərbərliyə cəlb olunan ukraynalıların sayı açıqlandı

Ötən il səfərbərliyə cəlb olunan ukraynalıların sayı açıqlandı

Hazırda oxunan: Ötən il səfərbərliyə cəlb olunan ukraynalıların sayı açıqlandı

228602

Ukrayna hakimiyyəti 2024-cü ildə təxminən 200 min insanı səfərbərliyə cəlb edib.

Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr xatırladır ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı 2024-cü ildə münaqişədə iştirak etmək üçün 500 min insanı səfərbər etməyə çağırıb.

Lakin Ukrayna lideri Volodimir Zelenski bu rəqəmin çox yüksək olduğunu əsas gətirərək Zalujnının təklifini qəbul etməyib. Nəticədə Kiyev cəmi 200 minə yaxın insanı səfərbər etdi.

Qəzet yazıb ki, eyni zamanda, Zelenski Vaşinqtonun hərbi xidmətə çağırış yaşını 18 yaşa endirmək tələblərini rədd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO