30 iyun 2025-ci il tarixindən etibarən Rusiyaya daxil olan əcnəbi vətəndaşlardan sərhəd-buraxılış məntəqəsindən keçərkən barmaq izləri və üz fotosunu təqdim etmələri tələb olunacaq.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin müvafiq fərmanında qeyd olunub.
Dəyişikliklər Belarus vətəndaşlarına, 6 yaşınadək uşaqlara, Rusiyadakı digər dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Azərbaycanda akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına şamil edilmir.
Rusiya ərazisinə vizasız daxil olmaq üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatları təqdim edə, şəxsi məlumatları və səfərlərinin məqsədləri ilə bağlı məlumatları əks etdirən ərizə təqdim edə biləcəklər.
Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən eksperiment çərçivəsində Moskva yaxınlığındakı Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski hava limanlarında və Maştakovo yük-sərnişin keçid məntəqəsində əcnəbilərdən, eləcə də vətəndaşlığı olmayan şəxslərdən biometrik məlumatların toplanmasına başlanılıb.
Xatırladaq ki, bir neçə gün öncə Rusiya Baş naziri Mixail Mişustin qanun pozuntusu törədən miqrantlar üçün nəzarət edilən şəxslərin reyestrinin yaradılması haqqında qərar imzalayıb.
Bizim.Media