“Luiziana ştatının Yeni Orlean şəhərində ABŞ Silahlı Qüvvələrinin veteranı tərəfindən təşkil edilən və həyata keçirilən terror aktı baş verib. Hücumdan əvvəl o, sosial şəbəkədə təhdidlərin yer aldığı video yayımlayıb”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.
“Hazırda bildiyimiz budur. FTB mənə dedi ki, qatil ABŞ vətəndaşıdır. O, Texasda anadan olub, uzun illər ABŞ Ordusunda xidmət edib və ömrünün son illərinə qədər ordunun ehtiyatda olan əsgəri olub.
FTB mənə onu da bildirdi ki, hücumdan bir neçə saat əvvəl o, sosial şəbəkədə İŞİD-dən (İslam Dövləti terror təşkilatının keçmiş adı) ilhamlandığını və öldürmək istəyini ifadə edən video yayımlayıb”, - Bayden bildirib.
“Mən ilk müdaxilə edənlərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edirəm ki, daha çox insanı öldürməzdən əvvəl hücum edən şəxsin qarşısı alınıb”, – ABŞ prezidenti əlavə edib.
Xatırladaq ki, dünən ABŞ-ın Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:52 / 02.01.2025
Hücumdan əvvəl xəbərdarlıq edib... – ABŞ-dakı terror aktının TƏFƏRRÜATI
Hazırda oxunan: Hücumdan əvvəl xəbərdarlıq edib... – ABŞ-dakı terror aktının TƏFƏRRÜATI
Hazırda oxunan: Hücumdan əvvəl xəbərdarlıq edib... – ABŞ-dakı terror aktının TƏFƏRRÜATI
228156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.