Bosniya və Herseqovinanın paytaxtı Sarayevo dünyada ən çox hava çirkliliyi olan şəhərlər sırasında birinci yerdədir.
Bizim.Media xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, Sarayevo 2025-ci ilin ilk günündə dünyada ən yüksək hava çirkliliyinin ölçüldüyü şəhərdir.
Belə ki, Sarayevoda havanın keyfiyyət indeksi 301 olaraq qeydə alınıb. Şəhər havanın keyfiyyət indeksinə görə təhlükəli və qeyri-sağlam olaraq təsnif edilib.
Mütəxəssislər Sarayevoda hava çirkliliyinin artmasını qış fəsli ilə əlaqələndirirlər. Qış aylarında ümumilikdə Qərbi Balkan regionu ölkələrində havanın çirklənməsinə köhnə model avtomobillərin işlənmiş qazları, aşağı kalorili yanacaq və sənaye müəssisələri səbəb olur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:20 / 02.01.2025
Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir
Hazırda oxunan: Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir
Hazırda oxunan: Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir
228121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.