Fransalı siyasətçi ölkəni Aİ-dən çıxmağa çağırıb

Fransalı siyasətçi ölkəni Aİ-dən çıxmağa çağırıb

Hazırda oxunan: Fransalı siyasətçi ölkəni Aİ-dən çıxmağa çağırıb

227710

Fransalı siyasətçi Florian Filippo Avropa İttifaqı (Aİ) məhkəməsinin ölkənin qanunsuz miqrantların ailələrinə müavinətlərin ödəməsini tələb edən qərarından sonra bu təşkilatdan çıxmağa çağırıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Siyasətçi məhkəmənin qərarına əsasən, əcnəbi vətəndaşların ailə müavinətləri almaq üçün uşaqlarının müntəzəm olaraq Fransaya gəldiyini sübut etmək məcburiyyətində olmayacağı ilə bağlı KİV-də yazılanları qeyd edib.

“Aİ məhkəməsi Fransanı qanunsuz miqrantların ailələrinə müavinətlər ödəməyə məcbur edir. Amma onların Fransada olmasının özü qeyri-qanunidir... Xatırladaq ki, bu hüquq bütün milli hüquqlarımızdan, o cümlədən Fransa Konstitusiyasından yüksəkdir. Bu dəlixanadan nə vaxt çıxacağıq?! “Frexit” (Fransanın Aİ-dən çıxmasını nəzərdə tutur - red.) bu çılğınlığı dayandırmaq və nəzarəti bərpa etmək üçün yeganə çıxış yoludur!”

O, həmçinin yaranmış vəziyyəti pisləyən, lakin Fransanı Aİ-dən çıxmağa çağırmayan siyasətçilərə etibar etməməyə çağırıb və onları “ikiüzlü” adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO