Rusiyanın bir neçə hava limanı BAĞLANDI

Rusiyanın bir neçə hava limanı BAĞLANDI

Hazırda oxunan: Rusiyanın bir neçə hava limanı BAĞLANDI

227254

Dekabrın 27-də Rusiyanın bir neçə hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Səhər saatlarında Soçi hava limanı uçuşların qəbulunu və göndərilməsini müvəqqəti dayandırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. 

Eyni zamanda, Bakı vaxtı ilə saat 07:00-dan etibarən Kazan hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Burada da uçuşlar və reyslərin qəbulu dayandırılıb. Həmçinin Volqoqrad və Həştərxan hava limanlarında da məhdudiyyətlər tətbiq edilib. Nəticədə Volqoqradda “Aeroflot” və “Pobeda” aviaşirkətlərinin Moskvadan uçuşları, Həştərxanda isə “Aeroflot”un reysi gecikib. 
 

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.


Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb. İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO