Aktauda hadisə yerində çəkiliş edən bloger TUTULDU

Aktauda hadisə yerində çəkiliş edən bloger TUTULDU

Hazırda oxunan: Aktauda hadisə yerində çəkiliş edən bloger TUTULDU

226943

Aktauda faciə yerindən foto və video çəkən bloger Azamat Sarsenbayev saxlanılıb.

Bizim.Media xəbər verir ki, o, həbsin fotosunu İnstaqram səhifəsində yayımlayıb və foto üçün belə mətn yazıb:

"Mən tutuldum.Aktau şəhərinin polis idarəsinə gedirəm. Çox güman ki, səbəb təyyarə qəzası yerində çəkiliş etməyimdir"

Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO