2025-ci ilin sonunadək süni intellektin insanların imkanlarını üstələməsi ehtimalı artır.
Bizim.Media xəbər verir ki, bu barədə amerikalı biznesmen İlon Mask özünün sosial şəbəkə hesabında yazıb.
“Gələn ilin sonunadək süni intellektin istənilən insanın, 2027-2028-ci ilədək isə bütün bəşəriyyətin intellektini üstələməsi ehtimalı getdikcə artır”, - deyə o bildirib.
Süni intellektin inkişafı sahəsində çalışan mütəxəssislərin əksəriyyətinin fikrincə, bəşəriyyət, nəhayət, bir fərd kimi düşünmək və özünü dərk etmək qabiliyyətinə malik kompüter sistemi yarada biləcək. Bu cür maşınlar perspektivdə sivilizasiyanın partlayıcı və idarəolunmaz texnoloji inkişafına gətirib çıxaracaq istənilən problemi həll edərkən özlərini təkmilləşdirə biləcək ki, bu da gələcəkdə elmi-texniki tərəqqini kəskin sürətləndirəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:51 / 23.12.2024
Mask: 2025-ci ilin sonunadək süni intellekt insan qabiliyyətlərini üstələyəcək
Hazırda oxunan: Mask: 2025-ci ilin sonunadək süni intellekt insan qabiliyyətlərini üstələyəcək
Hazırda oxunan: Mask: 2025-ci ilin sonunadək süni intellekt insan qabiliyyətlərini üstələyəcək
226622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.